Gürcü şərabının ixracat göstəricisi (VİDEO)

2017-ci ildə Gürcüstandan xarici ölkə bazarlarına rekord sayında şərab ixrac olundu. İxracat göstəriciləri əvvəlki illərə nisbətən bu il iki dəfə daha çoxdur.  Milli Şərab Agentliyi və şərabçılar statistikasının gücləndirilməsini diversifikasiya ilə əlaqələndirirlər. Rusiya və Ukraynadan başqa ixracat ölkələrinin ilk üçlüyünə Çin də daxil oldu. Bu ölkədə gürcü məhsullarına qarşı maraq artmaqdadır. 2018-ci ildə şərab istehsal edən şirkətlər yeni bazarın açılmasını planlayırlar. Bir neçə ölkə ilə danışıqlar artıq başlamışdır.

Hazırladı: Huri Əskərova, Rabil İsmayılov