Gürcü limonu, kivisi, üzümü və başqa məhsullara Türkiyədə tədbiq olunan kvotlar ləğv olundu
Gürcü limonu, kivisi, üzümü və başqa məhsullara Türkiyədə tədbiq olunan kvotlar ləğv olundu

 

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına görə, Türkiyənin Ankara şəhərində Gürcüstan və Türkiyə tərəfləri arasında danışıqların yekun mərhələsi keçirildi və iki ölkə nümayəndə heyətlərinin görüşü keçirildi. Gürcüstan və Türkiyə azad ticarət barəsində mövcud razılaşmanın genişləndirilməsinə razılaşdılar.

Gürcü nümayəndə heyətinə Gürcüstanın baş nazirinin birinci müavini, İqtisadiyyat və Davamlı İnkişaf naziri Dimitri Kumsişvili, Türkiyə nümayəndə heyətinə isə, ölkənin İqtisadiyyat naziri Nihat Zeybekçi rəhbərlik edirdi.

Nazirliyin məlumatına görə, razılaşma çərçivəsində, gürcü limonu, kivi, üzüm, meyvə və tərəvəz konservi və şirələri, qida inqredientlərinə tədbiq olunan kvotlar ləğv olundu. Bundan başqa, Türkiyəfə böyük tələbat olduğu məhsula, bala kvot artırıldı. Kvot həmçinin qoyuna, keçiyə və iridırnaqlı buynuzlu heyvana artırıldı.

“Danışıqlar nəticəsində, gürcü biznesinə Türkiye Respublikasına idxalı 20 faizlə artırmağa imkan verildi”, – Gürcüstanın baş nazirinin birinci müavini, İqtisadiyyat və Davamlı İnkişaf naziri Dimitri Kumsişvili danışıqların başa çatmasından sonra bəyan etdi.