"Gürcü Arzusunun" nümayəndələri Kristian Danielson ilə bu gün daha bir görüş keçirəcəklər
“Gürcü Arzusu” partiyasının sədri, İrakli Kobaxidzenin bəyan etdiyinə görə, Avropa Şurası prezidenti, Şarl Mişelin şəxsi nümayəndəsi, Kristian Danielson ilə bu günki görüşdə güman edilən razılaşmanın bir neçə detalını müzakirə etdilər.
Elə onun dediyinə görə, “Gürcü Arzusu” Danielson ilə bu gün saat altıda görüşəcək, güman edildiyinə görə, sabah isə, görüş ümumi formatda olacaq.
“Bizim daha bir görüşümüz bu gün idi. Burada güman edilən razılaşmanın bir neçə detalını müzakirə etdik. Gün ərzində daha görüşlər keçiriləcək. Bizim bu gün saat altıda görüşümüz olacaq və detalların müzakirəsi davam edəcək. Sabah isə, görüş ümumi formatda olacaq”, – Kobaxidze bəyan etdi.