“Gürcü Arzusunun” lidrləri bu gün Sameqreloya gedəcəklər
“Gürcü Arzusu” partiyasının sədri, İrakli Kobaxidze və icraçı katibi, Mamuka Mdinaradze Sameqrelo bölgəsinə gələcəklər. Bu barədə məlumatı hakim komandanın mətbuat xidməti yayır.
Elə onların məlumatına görə, “Gürcü Arzusunun” lidrləri partiyanın bölgə təşkilatlarının nümayəndələri ilə görüşlər keçirəcəklər.
“Görüşün əsas mövzusu yerində mövcud siyasi vəziyyət və partiyanın gələcək qərarlarının müəyyənləşdirilməsi olacaq”, – partiyanın mətbuat xidmətinin məlumatında deyilir.