"Gürcü Arzusu"nun qurultayı partiyanın siyasi şurasının yenilənmiş tərkibini təsdiqləyib
"Gürcü Arzusu"nun qurultayı partiyanın siyasi şurasının yenilənmiş tərkibini təsdiqləyib

 

“Gürcü Arzusu” partiyasının siyasi şurasının yenilənmiş tərkibi təsdiqlənib.

“Gürcü Arzusu”nun üzvləri qərarı bugünkü qurultayda qəbul ediblər.

Bidzina İvanişvili, İrakli Kobaxidze, Kaxa Kaladze, Şalva Papuaşvili, Mamuka Mdinaradze, Qiorqi Volski, Tea Tsulukiani, Vaxtanq Qomelauri, İrakli Çikovani, Maka Bocorişvili, Nikoloz Samxaradze, Mariam Kvrivişvili, Dimitri Samxaradze, Sulxan Tamazaşvili və Nino Tsilosani siyasi şuranın tərkibindədirlər.

Bu gün qurultayda “Gürcü Arzusu” partiyasının sədri olaraq baş nazir İrakli Kobaxidzeni seçdilər.