"Gürcü Arzusu"nun 8 deputatının səlahiyyətinə vaxtından əvvəl xitam verilib
"Gürcü Arzusu"nun 8 deputatının səlahiyyətinə vaxtından əvvəl xitam verilib

 
“Gürcü Arzusu”nun 8 deputatının səlahiyyətinə vaxtından əvvəl xitam verilib. Onlardan 5-i parlamentdən hökumətə keçib, biri prezidentliyə namizəddir, ikisi isə səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi
xahişi ilə parlamentə şəxsi ərizə ilə müraciət edib.

İrakli Kobaxidze, Maka Bocorişvili, Anri Oxanaşvili, Davit Sonğulaşvili və Mariam Kvrivişvili qanunverici hakimiyyətdən icraedici hakimiyyətə keçiblər. Mixeil Ğavelaşvili prezidentliyə namizəddir.

Şəxsi ərizəsi əsasında Bidzina İvanişvili və İrakli Ğaribaşvilinin səlahiyyətinə vaxtından əvvəl xitam verilib.

Səsvermədən əvvəl Prosedur Məsələləri və Qaydalar Komitəsi məsələni müzakirə edib, komitənin sədri Davit Matikaşvili deputatların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında qərar layihələrini plenar iclasda təqdim edib.