"Gürcü Arzusu" və müxalifət nümayəndələri arasında növbəti görüş keçirilir
"Gürcü Arzusu" və müxalifət nümayəndələri arasında növbəti görüş keçirilir

Avropa İttifaqı nümayəndəliyi ofisində “Gürcü Arzusu” və müxalifət nümayəndələri arasında növbəti görüş keçirilir.

Görüş fasilitatorların iştirakı ilə keçirilir.

Görüşün mövzusu güman edildiyinə görə, Avropa Şurası prezidenti, Şarl Mişel tərəfindən təqdim olunan razılaşmanın imzalanması məsələsidir.

2021-ci il 16 apreldə “Gürcü Arzusu” tərəfindən edilən təklifə uyğun olaraq, 2022-ci ildə vaxtından əvvəl seçkilər təyin olunacaq, əgər yerli özünüidarəetmə seçkilərində “Gürcü Arzusu” 43 faizdən az topladısa. Bu barədə Şarl Mişelin dünən müxalif partiyalar üçün yeni təqdim etdiyi sənəddə deyilir, hansını da Avropa İttifaqı nümayəndəliyi yayır.

Bununla yanaşı, Şarl Mişelin sənədinə əsasən, razılaşmadan bir həftəyə tərəflər siyasiləşdirilmiş hesab olunan iki işi müzakirə etməlidilər.