"Gürcü Arzusu" Tbilisi merliyinə namizəd kimi Kaxa Kaladzeni rəsmi olaraq irəli sürdü
"Gürcü Arzusu" Tbilisi merliyinə namizəd kimi Kaxa Kaladzeni rəsmi olaraq irəli sürdü

 

“Gürcü Arzusu” Tbilisi merliyinə namizəd kimi Kaxa Kaladzeni rəsmi olaraq irəli sürdü.

Merliyə namizədin təqdimat tədbiri Mtatsminda Parkında keçirilir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Gürcü Arzusu” komandası adından Kaxa Kaladzeni paytaxt merliyinə namizəd kimi irəli sürdü. Tədbirdə “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili də iştirak edir.

Kaxa Kaladze Tbilisi meri vəzifəsinə namizəd kimi üçüncü müddətə irəli sürülüb.

Kaladzeni paytaxtın meri olaraq ilk dəfə 2017-ci ildə, ikinci müddətə isə 2021-ci ildə seçiblər.

Gürcüstanda yerli özünüidarəetmə seçkiləri cari ilin oktyabrın 4-də keçiriləcək.