"Gürcü Arzusu" tam seçki siyasını bir oktyabrda dərc etdirəcək
"Gürcü Arzusu" tam seçki siyasını bir oktyabrda dərc etdirəcək

“Gürcü Arzusunun” tam seçki siyası bir oktyabrda dərc etdiriləcək, – bu barədə “Gürcü Arzusunun” icra katibi, İrakli Kobaxidze jurnalistlərə bəyan etdi.

Onun dediyinə görə, ilk iyirimilikdən sonra, siyahıda hazırkı deputatlar və yeni simalar bərabər şəkildə təqdim olunacaqlar.

“İlk iyirimilikdən sonra, siyahıda hazırkı deputatlar və yeni simalar bərabər şəkildə təqdim olunacaqlar. Bu sizə çatdıra biləcəyim ümumi məlumatdır. Tam seçki siyasısı bir oktyabrda dərc olunacaq”, – Kobaxidze bəyan etdi.

“Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası seçki siyahısının iyirimiliyini 10 sentyabrda təqdim etdi. Partiyanın ilk iyirimiliyində qarşıdakılar olacaqlar:

1. Giorgi Qaxariya; 2. Archil Talakvadze; 3. İrakli Kobaxidze; 4. Tea Sulukiani; 5. Mamuka Mdinaradze; 6. Kaxa Kuçava; 7. Giorgi Kaxiani; 8. Mariyam Kvrivişvili; 9. Mixeil Sarcveladze; 10. Mayia Bitadze; 11. Mixeil Dauşvili; 12. Giorgi Amilaxvari; 13. Viktor Sanikidze; 14. Maka Boçorişvili; 15. Şalva Papuaşvili; 16. David Kaçarava; 17. Nikoloz Samxaradze; 18. Giorgi Xelaşvili; 19. Mariyam Laşxi; 20. Beka Davituliani.

Gürcüstanda Parlament seçkiləri 2020-ci il 31 oktyabrda keçiriləcək.