“Gürcü Arzusu” partiyanın yeni sədrini mayın 7-də seçəcək – bu barədə “Gürcü Arzusu”nun Siyasi Şurasının bəyanatında qeyd olunub.
“Gürcü Arzusu”nun Qorqasali ofisində siyasi şuranın iclası keçirilib. Şuranın üzvləri gündəlikdə nəzərdə tutulan iki məsələni müzakirə ediblər. Partiyanın yeni sədrinin seçiləcəyi “Gürcü Arzusu” siyasi birliyinin qurultayının mayın 7-də keçiriləcəyi təsdiq edilib. Həmçinin, iclasda mayın 7-də keçiriləcək qurultayda təsdiqlənəcək siyasi şuranın tərkibinin yenilənməsi də təsdiq edilib” – bəyanatda qeyd olunub.
İrakli Ğaribaşvili aprelin 25-də siyasətdən getdiyini açıqlayıb.