“Gürcü Arzusu” partiyanın Siyasi Şurasının iclasını keçirir

13:42, 17.10.2026

 

“Gürcü Arzusu”nun mərkəzi ofisində partiyanın Siyasi Şurasının iclası keçirilir.

İclasda “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili iştirak edir.

Siyasi Şuranın iclasından sonra parlament çoxluğunun iclası da keçiriləcək.

Bununla yanaşı, partiyanın sədri və baş nazir İrakli Kobaxidzenin oktyabrın 16-da bəyan etdiyi kimi, bugünkü toplantıda hər hansı xüsusi, spesifik məsələ və ya sürpriz olmayacaq.

“Cari məsələlər müzakirə olunur. Bu, həm Siyasi Şuranın, həm də parlament çoxluğunun görüşü olacaq. Bu görüşlərdən sonra ictimaiyyətə müzakirə olunan məsələlərlə bağlı ətraflı məlumat təqdim edəcəyik” – İrakli Kobaxidze bildirib.

Oxşar