“Gürcü Arzusu” ofisi qarşısında aksiya başa çatdı. Gürcüstanın Birinci Kanalının jurnalistinin yerindən verdiyi məlumata görə, aksiya iştirakçıları ərazini bu dəqiqələrdə tərk edirlər.
Aksiya iştirakçıları qeyd edirlər ki, sabah yenə toplaşacaqlar.
“Gürcü Arzusu” ofisi qarşısında bu vaxta qədər hüquqmühafizəçilər qalmaqdadılar.
Ofis qarşısında toplaşanlar operator, Lekso Laşkaravanın vəfat etməsi ilə bağlı, baş nazir İrakli Ğaribaşvilinin istefasını tələb edirdilər.
DİN-in məlumatına görə, polis “Gürcü Arzusu” ofisi qarşısında aksiyada inzibati qayda ilə 12 nəfəri yaxaladı.