“Gürcü Arzusu” müxalif partiyalarını 26 iyulda plenar iclasda, Parlament seçkiləri barəsində müvəqqəti istintaq komissiyasının yekun nəticəsinin müzakirəsində iştirak etməyə çağırır
“Gürcü Arzusu” müxalif partiyalarını 26 iyulda plenar iclasda, 2020-ci il Parlament seçkiləri barəsində müvəqqəti istintaq komissiyasının yekun nəticəsinin müzakirəsində iştirak etməyə çağırır.
“Gürcü Arzusu” tərəfindən yayılan bəyanatda deyilir ki, iclasda iştirak etməmək disskusiyada boyun qaçırmaq və məsuliyyətdən yayınmaq cəhdi kimi dəyərləndiriləcək.
“Bazar ertəsi, 26 iyulda Gürcüstan Parlamentinin plenar iclası keçiriləcək, 2020-ci il Parlament seçkiləri barəsində müvəqqəti istintaq komissiyasının yekun nəticəsi müzakirə olunacaq və təsdiq ediləcək.
Müxalif partiyalarını yekun nəticəsinin müzakirəsində iştirak etməyə çağırırıq. Əgər yenə də hesab edirsinizsə ki, ölkənin maraqlarına ziyan vuran bir neçə aylıq sabotajın legitim əsası var idi, disskusiyadan qaçınmayın və həqiqətinizi təsdiq etməyə çalışın.
İclasda iştirak etməmək disskusiyada boyun qaçırmaq və məsuliyyətdən yayınmaq cəhdi kimi dəyərləndiriləcək”, – “Gürcü Arzusu” tərəfindən yayılan bəyanatda deyilir