“Gürcü Arzusu” Kvemo Kartlidə merliyə namizədlərin təqdim edilməsini davam etdirir

11:50, 11.08.2021

“Gürcü Arzusu” Tsalka merliyinə namizəd olaraq İliya Sabadzeni təqdim etdi.

Namizədi ictimaiyyətə baş nazir, İrakli Ğaribaşvili təqdim etdi. Baş nazirin dediyinə görə, İliya Sabadzenin resursu var ki, bölgədə mövcud problemləri həll etsin və layiqli qələbəni qazana bilsin.

Tsalka merliyinə namizəd, Tsalka Sakrebulosu deputatlığına namizədləri adlandırdı.

Elə bu gün, “Gürcü Arzusu” Tetrisğaro və Qardabani merliyinə namizədləri təqdim edəcək.

Oxşar