“Gürcü Arzusu” Gürcüstanın dörd munisipalitetində sakrebulo majoritarlığına namizədlərini təqdim edib
Gürcüstanın dörd munisipalitetində sakrebulonun majoritar deputatlığına namizədlərin təqdimatı keçirilib.
“Gürcü Arzusu”nun məlumatına əsasən, seçicilərlə görüş Vani, Tsalka, Dmanisi və Axmetada baş tutub. “Gürcü Arzusu” majoritarlığa namizədləri – Vaja Xeladze, Nanuli Xinikadze, İrakli Sarsevanidze və Levan İtiuridzeni təqdim edib.
“Namizədlərin vicdanlılığı və siyasətdə qadınların iştirakının əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, yerli özünüidarəetmədə qadınların fəal iştirakı xüsusilə təqdirəlayiqdir. Kampaniya çərçivəsində namizədlər yerli əhali ilə görüşüblər. Munisipalitetlərdə həyata keçirilən layihələri nəzərdən keçirib, fəaliyyət planını təqdim ediblər.
Görüşlərdə əsas diqqət regionlarda mövcud problemlərin həllinə və infrastruktur layihələrinə yönəldilib. Öz növbəsində namizədlər seçicilərə munisipalitetlərin inkişafını və sosial şəraitin yaxşılaşdırılmasını hədəfləyən konkret baxışlarını təqdim ediblər. Görüşlər diskussiya rejimində keçib, yerli sakinlər öz ehtiyaclarını namizədlərə çatdırıblar. Yol infrastrukturu, su təchizatı və ictimai məkanların abadlaşdırılması xüsusi vurğulanıb” – “Gürcü Arzusu”nun məlumatında deyilir.
2026-cı ilin oktyabrın 3-də Vani, Tsalka, Dmanisi və Axmeta munisipalitetlərində sakrebuloların aralıq seçkiləri keçiriləcək.