"Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasına Bidzina İvanişvili rəhbərlik edəcək
Baş nazir, Giorgi Kvirikaşvili “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası rəhbəri vəzifəsini tərk edir və partiyaya Bidzina İvanişvili rəhbərlik edəcək.
Bu barədə Giorgi Kvirikaşvili “Gürcü Arzusunun” ofisində, partiya rəhbərliyi və parlament çoxluğundan parlament bürosu üzvləri ilə görüş başa çatdıqdan sonra bəyan etdi. Görüşdə Bidzina İvanişvili iştirak edirdi.
Giorgi Kvirikaşvilinin dediyinə görə, bu gün Bidzina İvanişviliyə partiyanın sədrliyini təklif etdi və razılıq cavabını aldı.
Giorgi Kvirikaşvilini partiyanın sədri olaraq 2016-cı il mayın 14-də, “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qurultayında seçdilər.