"Gürcü Arzusu" - biz Mişelin himayədarlığı ilə təqdim olunan sənədə imzamızı qeyd etdik, indi növbə müxalifətindir, onları ölkənin maraqlarını hər şeydən üstün tutmağa və sənədi imzalamağa çağırırıq
Biz Avropa İttifaqı və prezident Şarl Mişelin himayədarlığı ilə təqdim olunan sənədə imzamızı qeyd etdik, indi növbə müxalifətindir, – bu barədə “Gürcü Arzusunun” bəyanatında deyilir.
“Gürcü Arzusu” müxalifəti ölkənin maraqlarını hər şeydən üstün tutmağa və sənədi imzalamağa çağırır.
“İctimaiyyətə xatırlatmaq istəyirik ki, müxalifətin bir hissəsi 2020-ci il 31 oktyabrda keçirilən seçkilərdə Gürcüstan vətəndaşları tərəfindən onlara verilən mandatlardan imtina etdikdən sonra, Avropa Şurasının prezidenti, Şarl Mişeli hazırlığını ifadə etdi ki, tərəflər arasında mediasiyaya qoşulsun. Prezident Mişel öz şəxsi nümayəndəsini, Kristian Danilesonu göndərdi. Danielson Avropa İttifaqı himayədarlığı ilə tərəflər arasında mövqeləri dəyərləndirdi, ABŞ və Avropa İttifaqı səfirlərinin fəal qoşulmaları ilə sənəd hazırladı, hansı da tərəflər arasında ədalətli razılaşma şərtlərini müəyyən edirdi.
“Gürcü Arzusu” ölkə qarşısında öz məsuliyyətini dərk edərək, bu sənədə imza atdı və əlavə olaraq yerli özünüidarəetmə seçkilərində etimadın 40 faizlik prinsipinin istifadəsinə hazırlığını ifadə etdi. “Gürcü Arzusu” razılığa nail olunma məqsədi ilə bir səra əhəmiyyətli addımıar atdı.
Biz Avropa İttifaqı və prezident Şarl Mişelin himayədarlığı ilə təqdim olunan sənədə imzamızı qeyd etdik, indi növbə müxalifətindir, onları ölkənin maraqlarını hər şeydən üstün tutmağa və sənədi imzalamağa çağırırıq.
Rəqiblərimizə bir daha xatırlatmaq istəyirəm ki, bu gün ölkəmiz ciddi çağırışlar qarşısında durur. Gürcüstan pandemiya və pandemiya ilə əmələ gələn iqtisadi və sosial problemlərlə mübarizə aparırı. Bölgədə çətin geosiyasi durum yaranıb. Bu vaxtı hesab edirik ki, bütün ölkə çağırışlar ətrafında birləşmiş olmalıdır, siyasətçilər isə, ölkə və ictimaiyyət qaşısında duram problemlərin həlli üzrə işləməlidilər”, – bəyanatda deyilir.