"Gürcü Arzusu" - Beynəlxalq məhkəmələrdə "BBC"yə qarşı hüquqi davaya başlamaq haqda qərar qəbul etdik
"Gürcü Arzusu" - Beynəlxalq məhkəmələrdə "BBC"yə qarşı hüquqi davaya başlamaq haqda qərar qəbul etdik

 

Beynəlxalq məhkəmələrdə “BBC”yə, yalan mediaya qarşı hüquqi davaya başlamaq haqda qərar qəbul etdik – bu haqda “Gürcü Arzusu” partiyasının bəyanatında deyilir.

Bəyanatda deyildiyi kimi, “yalan yayan dırnaqarası medianın çirkli, yalan ittihamlar yaydığına görə cavab verməsi üçün bütün mümkün hüquqi yollardan istifadə edəcəklər”.

“Bu gün səhər “BBC” bir sıra cəfəng, yalan məlumatdan başqa, Gürcüstan hakimiyyətinə qarşı guya qanunazidd aksiyalar zamanı Daxili İşlər Nazirliyinin zorakılıq törədən etirazçılara qarşı “kimyəvi maddə” istifadə etməsi ilə bağlı ittihamın yer aldığı məqalə dərc edib. Aydındır ki, “Dərin Dövlət”in təbliğat alətinə çevrilən dırnaqarası media ağır ittihamı sübut etmək üçün heç bir fakt təqdim etməyib.

Üstəlik, bütün fərziyyələr konkret şəxslərin fikirləri üzərində qurulub, qanunazidd aksiyaların fəal iştirakçılarından biri olan həkim Çaxunaşvili onların arasındadır, onun ailə üzvü, atası Qiorqi Çaxunaşvili isə oktyabrın 4-də “hakimiyyətin devrilməsi” prosesində şəxsən iştirak edirdi və fiziki olaraq Gürcüstan Prezidentinin sarayının həyətinə daxil olmuşdu. Bundan başqa, məqalədə əsasən maraqlı şəxslər danışırlar: Qiqauri, təqsirləndirilən Xasaia, təqsirləndirilən Şaişmelaşvili, məhkum Baçiaşvili və digər oxşar şəxslər. “Gürcü Arzusu”nun kommunikasiyalar xidməti məqalə dərc olunmamışdan əvvəl “araşdırmaçı jurnalist”lə aktiv ünsiyyətdə olub. “BBC”nin bizə verdiyi tamamilə bütün suallara tam cavablar hazırladıq və bəndlər üzrə, ətraflı şəkildə Britaniya mediasının marağını təmin etdik. Son dövrdə qeyd olunan media bir sıra qalmaqala qarışdığı, dəfələrlə yalan məlumat yaydığı təsdiqləndiyi və buna görə hətta yayımçıda TOP menecmenti dəyişdiyi üçün, cavabımızın əvvəlində yalnız iki şərt qoyduq – mövqeyimizi tam şəkildə işıqlandırması, tərəfimizdən göndərilən hər söz üçün sübut təqdim etməyi təklif etdik, paralel olaraq isə tələb etdik ki, yüksək jurnalist standartına əməl etməklə, məqalədə yer alacaq bütün müzakirələr yalnız sübutlara əsaslansın. Əvəzində isə yalan zənciri, hakimiyyətə qarşı ağır ittihamlar aldıq ki, bu da qeyd etdiyimiz kimi, maraqlı şəxslərin danışdıqlarına əsaslanır və aydındır ki, reallıqla heç bir əlaqəsi yoxdur.

Cəmiyyətə məlumdur ki, bir neçə həftə əvvəl “BBC”, dırnaqarası media ABŞ Prezidenti Donald Trampın söhbətin konteksti və məzmununun dəyişdirildiyi və kobud şəkildə montaj olunmuş müsahibəsini yaymaqla qalmaqala qarışmışdı. Bu manipulyasiyaya görə yayımçının baş direktoru və yeni xəbərlərin icraçı direktoru vəzifələrini tərk etdilər, lakin bu, səhvə görə məsuliyyət götürmək deyil də, daha çox ABŞ Prezidentinə yaranmağa bənzəyirdi. “BBC”nin çirkli sifarişlərin yerinə yetirilməsində və yalanın yayılmasında heç bir mənəvi və ya peşə maneəsinin olmadığı bu gün dərc olunan məqalədən də yaxşı görünür, onların menecment dəyişikliyi isə bizə Britaniyada son illərdə bir neçə baş nazirin dəyişikliyini xatırladır, bu da bu ölkədə nəinki əsaslı, hətta fasad xarakterli dəyişiklik ilə belə müşaiyət olunmadı və nəticədə “Dərin Dövlət”in idarə etdiyi bir hökuməti digəri əvəz etdi.

Bu gün qeyri-rəsmi idarəetmənin təbliğat silahına çevrilmiş bir vaxtlar nüfuzlu olan qurum Gürcüstan hakimiyyətinə qarşı yalan ittihamları ictimai şəkildə yaydığı və bu ittihamları təsdiqləmək üçün məqalədə bir dənə də olsun sübut təqdim etmədiyi üçün, yalanlar üzərində qurulmuş dırnaqarası “araşdırma jurnalistikası” əsasən cinayətkarların danışdıqlarına əsaslandığı və reallıqla heç bir əlaqəsi olmadığı üçün; “BBC” bütün suallara tam cavablar aldığı və məqalədə əsaslandırılmış cavabların 1%-ni belə dərc etmədiyi üçün; bu çirkli təbliğat materialı Gürcüstan hökumətini, gürcü polisini və ən əsası, Gürcüstan dövlətçiliyini ləkələmək cəhdi olduğu üçün beynəlxalq məhkəmələrdə yalan mediaya qarşı hüquqi davaya başlamaq haqda qərar qəbul etdik. Yalan yayan dırnaqarası medianın çirkli, yalan ittihamlar yaydığına görə cavab verməsi üçün bütün mümkün hüquqi yollardan istifadə edəcəyik. Buradaca məqalənin dərc olunmasından əvvəl “BBC” tərəfindən təqdim edilən sualları və göndərdiyimiz cavabları tam şəkildə təqdim edirik” – “Gürcü Arzusu”nun bəyanatında deyilir.