Gürcüstanda vahid milli imtahanlar başlayıb
Bu gün Gürcüstanda imtahan prosesi vahid milli imtahanlarla başlayıb.
Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin məlumatına görə, imtahanlar ölkə üzrə fəaliyyət göstərən 24 imtahan mərkəzində keçirilir.
Abituriyentlər ilk olaraq gürcü dili və ədəbiyyatı fənni üzrə imtahan verirlər. Vahid milli imtahanlar iyulun 22-də fizika fənni üzrə keçiriləcək imtahanla başa çatacaq.
Vahid milli imtahanlarda iştirak etmək üçün 43 mindən çox abituriyent qeydiyyatdan keçib.
İmtahan mərkəzləri 12 şəhərdə – Tbilisi, Batumi, Zuqdidi, Kutaisi, Poti, Axaltsixe, Qori, Ozurqeti, Rustavi, Telavi, Xulo və Ambrolauridə fəaliyyət göstərir.