Gürcüstan və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq sazişi imzalanıb
Gürcüstan və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq sazişi imzalanıb.
İki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmasını nəzərdə tutan birgə bəyannaməni Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev imzalayıblar.
İki ölkənin hökumət üzvlərinin geniş tərkibdə keçirilən danışıqlarından sonra Gürcüstan və Qazaxıstan Respublikasının müvafiq qurumları arasında mədəniyyət, informasiya texnologiyaları və turizm sahələrində əməkdaşlığa dair memorandumlar imzalanıb.