Gürcüstan prezidenti Qiqi Seretelini Parlament Assambleyasının prezidentliyini təbrik edir

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Qiqi Seretelini Parlament Assambleyasının prezidentliyini təbrik edir.

“Cənab Qiqi Seretelin ATƏT-in Parlament Assambleyasının prezidentliyini təbrik edirəm. Gürcüstan nümayəndəsinin bur cür yüksək və məsuliyyətli vəzifəni tutması ölkəmiz üçün çox əhəmiyyətlidir. Onu bir daha təbrik edirəm və gələcək fəaliyyətində uğurlar arzulayıram”, – prezidentin rəsmi veb səhifəsində dərc olunan, Giorgi Marqvelaşvilinin təbrikində qeyd olunub.

“Avropa Gürcüstanının” üzvü Qiqi Sereteli ATƏT-in Parlament Assambleyasının rəhbəri oldu. Qiqi Sereteli artıq Kopenhagendədir və fəaliyyətinə başladı.

Bu ilk hadisədir ki, beynəlxalq siyasət istiqaməti üzrə, bu cür önəmli vəzifəyə gürcü siyasətçisi təyin olunur.