Gürcüstan Parlamentində fiziki qarşıdurma qeydə alınır
Gürcüstan Parlamentində fiziki qarşıdurma qeydə alınır.
Fiziki qarşıdurma “Qaxaria Gürcüstan Naminə” partiyasının üzvü Qiorqi Şaraşidzenin çıxışını başa vurmasından sonra başlayıb.
Şaraşidze baş nazirə ünvanlanan çıxışında bildirib ki, “hətta “Gürcü Arzusu” belə indiki baş nazirə layiq deyil və o əmindir ki, bu fikirlə elə “Gürcü Arzusu”nun üzvləri də razıdırlar”. Bu bəyanatdan sonra o, tribunadan düşüb və məhz bundan sonra qarşıdurma başlayıb.