Gürcüstan hökumət administrasiyasının mətbuat xidməti, Gürcüstanın keçmiş prezidentinin Eduard Şevardnadzenin nəvələrinin Almaniyanın Federativ Respublikasının Gürcüstandakı səfirliyinə müraciətinə əks səda verir.
“Açıqlama vermək istəyirik ki, noyabrın 9-da, Avropa Meydanında Berlin Divarında fraqmentinin quraşdırılması ilə bağlı sərginin təşkili Gürcüstan hökumət administrasiyasının Kommunikasiya Xidməti tərəfindən hazırlanmışdır və Almaniyanın Federativ Respublikasının Gürcüstandakı səfirliyi və səfiri onun hazırlanmasına qatılmamışdır.
Almaniyanın Federativ Respublikasının səfiri, Hayike Payç axşama qanaq statusi ilə dəvət olunmuşdur.
Elə burada aydımlıq gətirmək istəyirik ki, Avropa Meydanında Berlin Divarının fraqmenti həmişəlik qalacaq, sərgi isə yalnız noyabrın 9-u axşamı üçün təşkil edilmişdir.
Hökumət administrasiyası Eduard Şevardnadzenin ailəsinin müraciətinin mətni ilə razıdır və onun Almaniyanın birləşdirilməsində böyük rolunu təsdiq edir”, – Gürcüstan hökumət administrasiyasının mətbuat xidmətinin məlumatında qeyd olunub.
Eduard Şevardnadzenin nəvələr ( Tamar Mosaşvili-Şevardnadze, Sofio Şevardnadze, Mariam Şevardnadze, Laşa Şevardnadze, Nanuli Şevardnadze) Almaniyanın Gürcüstandakı səfirinə bəyanatla bu gün müraciət etdilər.
Tbilisidə, Avropa Meydanında, 9 noyabrda Berlin Divarının fraqmenti ucaldıldı və foto sərgi təşkil edildi.