Quram Macaraşvili - Güclü pirotexniki vasitələrdən xaotik istifadə etmək olmaz, tənzimləmələrin qəbulu vacibdir
Güclü pirotexniki vasitələrdən xaotik istifadə etmək olmaz, tənzimləmələrin qəbulu vacibdir – bu haqda “Xalqın Gücü”nün üzvü Quram Macaraşvili deyib.
O bildirib ki, pirotexniki vasitələr odlu silaha bərabər deyil, lakin insanlara zərər verə bilən növü var.
“Pirotexniki vasitələrlə bağlı təşəbbüsümüz ondan əvvəl də var idi ki, güclü pirotexniki vasitələrdən xaotik istifadə etmək olmaz. Təbii ki, bu, tənzimləmələrə salınmalıdır. Doğrudur, odlu silaha bərabər deyil, lakin insanlara zərər verə bilən çoxlu pirotexniki vasitələr var. İnsanların pirotexniki vasitələrdən zərər görməsi ilə bağlı bir sıra faktların şahidi olmuşuq. Müvafiq olaraq, oxşar tənzimləmələrin qəbulu vacibdir” – Quram Macaraşvili bildirib.