Gündəlik koronavirus aşkarlama nisbəti gündəlik 26,02 faizi, son yeddi gündə 29,97 faiz  təşkil edir
Gündəlik koronavirus aşkarlama nisbəti gündəlik 26,02 faizi, son yeddi gündə 29,97 faiz təşkil edir

Son 7 gündə koronavirus aşkarlanma nisbəti 29,97 faizdir. Məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc edilib.

Hazırda müsbət göstərici 26,02 faiz, son 14 gündə isə 31,28 faiz təşkil edir.

Bu gün Covid-19-a yoluxanların sayı 4775 nəfərə çatıb, 19242 nəfər sağalıb, 32 nəfər dünyasını dəyişib.

Dünən, fevralın 19-da Gürcüstanda 9400 koronavirusa yoluxma faktı aşkarlanıb, 18770 xəstə sağalıb, 34 nəfər vəfat edib.