Tbilisi Sakrebulosunun qərarı ilə, “Güllər meydanın adı “İlk Respublika Meydanı olacaq”.
Bu barədə qərar sakrebulonun bugünki iclasında səslərin sayının əksəriyyəti ilə verildi.
“Avropalı Gürcüstan” və “Milli hərəkat” fraksiyaları səs vermədə etiraz əlaməti olaraq, iştirak etmədilər.
Sakrebulo iclasında bugün həmçinin Tbilisinin digər bir neçə küçəsinin adlarının dəyişdirilməsi ilə bağlı qərar da verildi.
Tbilisidə inqilab adını daşıyan 15 küçəyə Gürcüstanın ilk müstəqillik aktını imzalayan şəxslərin adları veriləcək.