Güləş - Buxarestdə Gürcüstan finalı - iki qızıl, bir gümüş və iki bürünc medal
Güləş - Buxarestdə Gürcüstan finalı - iki qızıl, bir gümüş və iki bürünc medal

Buxarestdə keçirilən “Ion Cornianu & Ladislau Simon” beynəlxalq turnirində Gürcüstanın yunan-Roma güləşçilərindən ibarət komandası iki qızıl, bir gümüş və iki bürünc medal qazandı.

Gürcü finalının baş tutduğu 67 kq çəki dərəcəsində güləşçilər xüsusilə uğurla mübarizə apardılar. Coni Xesuriani Ramaz Zoidzeyə qalib gələrək qızıl medal qazandı.

Turnirin qalibi Giorgi Melia da (97 kq) oldu. Bürünc medalları İuri Lomadze (77 kq) və Quram Xesuriani (87 kq) qazandılar.