Güclü yanğına görə Kaliforniyanın bir neçə bölgəsindən, o cümlədən Santa Barbaradan, vətəndaşların təxliyyəsi baş verdi.
Meteorologlar, güclü küləklər səbəbiylə fəlakəti dayandırmaq mümkün olmadığını bildirirlər. Onların məlumatına görə, Tomas adlandırdıqları yanğın, Sakit Okeanın sahillərinə yaxınlaşdı.
Fəlakət artıq 1000 kvadrat kilometr ərazini məhv edib. Yanğın 4 dekabrda əmələ gəldi və yanğından sonra iki adam həlak oldu.
1000-dən artıq bina məhv edilib və ya zədələnib. Onların arasında 750 yaşayış evidir.
Hazırda 8000 xilasedici yanğını söndürməyə çalışır. Aviasiya da səfərbər olunub.