Güclü yağış nəticəsində Xaraqaulinin Qedsamaniya kəndində Uxadura çayı məcrasından çıxıb, körpülərə və avtomobil yollarına ziyan dəyib. Müəyyən hissələrdə yalnız piyada hərəkət etmək mümkündür. Yol daş və külli miqdarda çınqılla örtülmüşdür.
Təbii fəlakət nəticəsində kənd təsərrüfatı sahələrinə ziyan dəyib, həyətyanı sahələri su basıb.
Həmçinin güclü yağış maşınları yuyub və çay yatağına atıb.
Xaraqauli meri təbii fəlakət yerində olub.