Güclü yağış və çovğun Zuqdididə problemlər yaradıb
Güclü yağış və çovğun Zuqdididə problemlər yaradıb

Güclü yağış və çovğun Zuqdididə problemlər yaradıb. Onlarla ağac kökündən qopub, qaz xətləri, elektrik xətləri sıradan çıxıb. Respublika xəstəxanasının dayanacağında küləyin qopardığı ağac üç avtomobilə, digər ərazidə də avtomobillərə ziyan dəyib.

Şəhərin əksər ərazilərinə və bələdiyyənin bir sıra kəndlərinə elektrik enerjisi verilmir. Qaz təchizatında da problemlər var.

Şəhərin bütün ərazisində bələdiyyənin müvafiq xidmətləri və fövqəladə halların idarə olunması xidmətinin əməkdaşları işləyir. Dəymiş ziyanın miqdarı hələlik məlum deyil.