Güclü yağış və daşqınlar Əfqanıstan və Pakistanda 45 nəfərin həyatına son qoyub
Güclü yağış və daşqınlar Əfqanıstan və Pakistanda 45 nəfərin həyatına son qoyub

Güclü yağış və daşqınlar Əfqanıstan və Pakistanda 45 nəfərin həyatına son qoyub. Medianın məlumatına görə, təbii fəlakət nəticəsində yaralananların sayı 70-i ötüb.

Əfqanıstanın Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Xidmətinin (NDMA) bildirdiyinə görə, ölüm hallarının əksəriyyəti mərkəzi və şərq vilayətlərində, o cümlədən Parvan, Maydan Vardak, Daikundi və Loqar bölgələrində qeydə alınıb. Təbii fəlakət nəticəsində təxminən 130 ev tamamilə dağılıb.

Pakistanın Əfqanıstanla həmsərhəd Xayber-Paxtunxva vilayətində güclü yağışlar nəticəsində azı 17 nəfər, o cümlədən 14 uşaq həlak olub, 25 nəfər yaralanıb.

Sinoptiklərin proqnozuna görə, əlverişsiz hava şəraiti yaxın günlərdə də davam edəcək.

BMT Pakistan və Əfqanıstanı ekstremal hava şəraiti və iqlim dəyişikliklərinə qarşı ən həssas ölkələr sırasında göstərir.