Gürcüstan Daxili İşlər Nazirliyinin “112” mərkəzinə son 24 saat ərzində güclü küləyə görə, bütün Gürcüstan miqyası ilə 64 zəng daxil oldu.
Fövqəladə Hallar İdarəsi Xidmətinin məlumatına görə, zənglərin əksəriyyəti prevensial növlü idi və taxtapuşdan tənəkənin düşməsi və ya ağacın yıxılması təhlükəsinə aid idi.
“Zənglərin hamısına yanğınsöndürən-xilasedicilər vaxtında münasibət bildirdilər”, – idarədə bəyan edirlər.
Elə onların məlumatına görə, çağırışların çoxu Tbilisidən idi. Hadisə nəticəsində xasarət alan olmayıb.