Güclü külək Lançxutidə bir nəfərin həyatına son qoydu
Güclü külək Lançxutidə bir nəfərin həyatına son qoydu

Güclü külək Lançxutidə bir nəfərin həyatına son qoydu. Lançxuti munisipalitetinin meri, Aleksandre Sarişvilinin bəyan etdiyinə görə, hadisə Samtrediya-Qriqoleti avtomobil yolunda baş verdi.

Onun dediyinə görə, külək ağacı qopardı və yolda gedən avtomobilə düşdü, nəticədə sürücü yerindəcə dünyasını dəyişdi.

“Lançxutidə yenə də güclü külək var. Çox pis hadisəmiz var. Samtrediya-Qriqoleti avtomobil yolunda, Lesa kəndində hərəkət edən avtomobilə külək qpardığı ağac düçdü. Avtomobil Batumi-Tbilisi istiqamətində hərəkət edirdi. Təəssüflər ki, gənc kişi yerindəcə dünyasını dəyişdi”, – Aleksandre Sarişvili bəyan etdi.