“Güclü Gürcüstan” – Özünü polislərin zorakılığından müdafiə edən Mate Devidzenin əlindən bu gün rejim gələcəyini aldı, mübarizə bütün cəbhələrdə davam etməlidir
“Güclü Gürcüstan” – Özünü polislərin zorakılığından müdafiə edən Mate Devidzenin əlindən bu gün rejim gələcəyini aldı, mübarizə bütün cəbhələrdə davam etməlidir

 

Mübarizə bütün cəbhələrdə davam etməlidir – bu barədə “Güclü Gürcüstan”ın bəyanatında deyilir.

“Bu gün şəhər məhkəməsində rejimin xidmətçiləri bir daha İvanişviliyə qul kimi itaətlərini sübut etdilər və 21 yaşlı Mate Devizeyə demək olar ki, 5 il həbs cəzası verdilər. Özünü polislərin zorakılığından müdafiə edən Matenin əlindən bu gün rejim gələcəyini aldı.

Cəmiyyətlə bütün körpüləri yandırmış və həyat qabiliyyəti tükənməkdə olan avtoritar hakimiyyət belə davranır. Bu, İvanişvilinin zorakı bandit dəstəsinin ağır bədəlini mütləq ödəyəcəkləri daha bir faciəvi səhvidir.

“Lelo-Güclü Gürcüstan” siyasi komandası Mate Devidze, onun dostları və ailə üzvlərinə dəstəyini və həmrəyliyini bildirir.

Mübarizə bütün cəbhələrdə davam etməlidir! Bütün siyasi məhbusların azad olması üçün İvanişvili hakimiyyəti mümkün qədər tez məğlub edilməlidir!” – “Güclü Gürcüstan”ın bəyanatında deyilir.