"Güclü Gürcüstan - Lelo"nun siyasi liderləri müxtəlif şəhərlərin merliyə namizədləri və regionun majoritarları ilə görüşüblər
“Güclü Gürcüstan – Lelo”nun siyasi liderləri müxtəlif şəhərlərin merliyə namizədləri və regionun majoritarları ilə görüşüblər.
“Lelo – Güclü Gürcüstan”ın mərkəzi qərargahında keçirilən işgüzar görüşdə seçkiqabağı mühit və regionlarda mövcud vəziyyəti qiymətləndiriblər.
“Lelo”nun liderlərindən biri Badri Caparidzenin görüş başa çatdıqdan sonra dediyi kimi, görüşün məqsədi seçkiqabağı kampaniyanı yekunlaşdırmaq olub.
O bildirib ki, müxalifət hər bir səs uğrunda mübarizə aparmağa və seçki günü seçicilərin maksimal olaraq səfərbərliyini təmin etməyə hazırdır.
“Seçkiqabağı kampaniyanın necə getdiyi barədə məlumatı yekunlaşdırmaq üçün “Güclü Gürcüstan – Lelo”nun bölgələrdəki namizədləri ilə görüş keçirdik. Aydındır ki, “Gürcü Arzusu” insanlara təsir göstərmək, qorxutmaq və rüşvət vermək kimi təsdiqlənmiş üsullardan istifadə edir, lakin bununla yanaşı, bütün namizədlərimizdə ruh yüksəkliyinin olması vacibdir. Biz və bizim tərəfdaşlarımız – “Qaxaria Gürcüstan Naminə” ümidsiz vəziyyətin dəyişməsi niyyətindəyik. Ədalətsiz mühitə baxmayaraq, namizədlərimiz hər bir səs uğrunda mübarizə aparmağı, hər bir səsi qorumağı planlaşdırırlar. Seçki günü seçicilər maksimal olaraq səfərbər edilməlidir, çünki hər bir müxalif səs “Gürcü Arzusu”nun zəifləməsidir.
Bu gün görüşdüyümüz insanlar həmvətənlərimizin problemləri ilə hərtərəfli tanışdırlar. Ona görə də onlara səs vermək müsbət dəyişikliklər deməkdir” – Badri Caparidze bildirib.
Məlumatı “Lelo”nun mətbuat xidməti yayır.