"Güclü Gürcüstan-Lelo" - Hər zaman etiraz ictimaiyyətinin yanında olmuşuq və onu dəstəkləmişik, bu gün də rejimin əsirlərinə tam dəstəyimizi, həmrəyliyimizi bildiririk
"Güclü Gürcüstan-Lelo" - Hər zaman etiraz ictimaiyyətinin yanında olmuşuq və onu dəstəkləmişik, bu gün də rejimin əsirlərinə tam dəstəyimizi, həmrəyliyimizi bildiririk

 

İvanişvili–Kobaxidzenin polis rejimi cəmiyyətdə etiraz əhval-ruhiyyəsini boğmaq və qorxu yaymaq məqsədilə zorakılığın yeni mexanizmini işə salıb və gündəlik, kütləvi həbslərə keçib. Bu, “Gürcü Arzusu”nun gündəlik olaraq üzə çıxmasından artıq utanmadığı avtoritar və repressiv idarəçiliyin utancverici simasıdır – bu haqda “Güclü Gürcüstan-Lelo”nun bəyanatında deyilir.

Bəyanatda deyildiyi kimi, “rejim siyasi opponentlərə və etiraz ictimaiyyətinə qaydasız mübarizə elan edib və insanların konstitusion hüquqlarını tapdalamaq, zorakılıq yolu ilə azad düşüncəni boğmağa çalışır”.

“O, elə bir biganə vəziyyətdədir ki, özünü elan edən baş nazir üçün həbslər və polis əməliyyatları fonunda, “Davamlı etirazın 329-cu günündə Rustaveli bağlana bilmədi!” demək sevinmək üçün yetərlidir. Bu “sevinc” naminə “Gürcü Arzusu”nun yeni komendantı qanunsuz tapşırıqları yerinə yetirən silahlı dəstəyə çevrilən və insanları təqib etməklə birlikdə, respirator maskaların “həbs” tapşırığı verildiyi gürcü polisinin sima və ləyaqətini itirdib. Ləyaqəti tapdanmış “hüquq-mühafizəçilərin” qarşısında biz heç bir təzyiqə boyun əyməyən və azadlıq uğrunda fədakarlıqla mübarizə aparan vətənpərvər, qorxmaz gənc insanları görürük, bunun üçün onlar qeyd-şərtsiz dəstəyə və yardıma layiqdirlər. “Güclü Gürcüstan-Lelo” hər zaman etiraz ictimaiyyətinin yanında olub və onu dəstəkləyib, bu gün də rejimin əsirlərinə tam dəstəyini, həmrəyliyini bildirir” – “Güclü Gürcüstan-Lelo”nun bəyanatında deyilir.