“Güclü Gürcüstan” koalisiyası parlament siyahısının çıxarılması tələbi ilə MSK-ya bu gün müraciət edir
“Güclü Gürcüstan” koalisiyası parlament siyahısının çıxarılması tələbi ilə MSK-ya bu gün müraciət edir

 

“Güclü Gürcüstan” koalisiyası parlament siyahısının çıxarılması tələbi ilə Mərkəzi Seçki Komissiyasına bu gün müraciət edir. Bu haqda “Güclü Gürcüstan”ın liderlərindən biri Mamuka Xazaradze brifinqdə deyib.

“Bu gün siyahıların çıxarılması ilə bağlı müvafiq sənədlərlə MSK-ya müraciət edəcəyik. Biz bu qərarı qəbul etmişdik, sadəcə olaraq, qeyri-legitim olmasına baxmayaraq, dünən yaranmış prosessual hüquqi addımları gözləyirdik” – Xazaradze bildirib.

Bununla yanaşı, Xazaradzenin qeyd etdiyi kimi, “Güclü Gürcüstan” koalisiyasının Xalq Parlamentinin yaradılması ilə bağlı konkret planı var.

“Bizim konkret planımız var, bu, alternativ parlamentin – Xalq Parlamentinin yaradılması ideyasıdır. Seçilmiş və oğurlanmış səslərin hesablanması ilə deputatlar əsasında, ictimai təşkilatların və şəxslərin fəal iştirakı ilə alternativ siyasi mərkəz yaratmaq, Qərbdən bu mərkəzi və alternativ parlamenti tanımasını tələb etmək” – Xazaradze qeyd edib.