Güclü qar yağmasına görə Varşava Hava Limanı gecikmələrlə işləyir, Qdansk Hava Limanında da aviareyslər təxirə salınıb
Güclü qar yağmasına görə Varşava Hava Limanı gecikmələrlə işləyir. Medianın məlumatına əsasən, iqlim şəraitinin pisləşməsi nəticəsində Varşavanın Şopen Hava Limanından bəzi aviareyslər Poznan və Vrotslav hava limanlarına yönləndirilib.
Güclü qar yağması eləcə də uçuşların təxirə salınmasına səbəb olub.
Medianın məlumatına əsasən, səhərdən bəri vəziyyət yaxşılaşıb, lakin hava limanı sərnişinləri uçuşun mümkün gecikməsi riski barədə xəbərdar edib.
Pis hava şəraitinə görə Qdansk Hava Limanında da aviareyslər təxirə salınıb.