Güclü qar yağmasına görə avtomobil yollarının bəzi hissələrində məhdudiyyətlər tətbiq olunur
İntensiv qar yağması və mürəkkəb meteoroloji şəraitə görə avtomobil yollarının bəzi hissələrində xüsusi hərəkət rejimləri tətbiq edilib. Bu barədə məlumatı Avtomobil Yolları Departamenti yayır.
Yolların buz bağlaması, intensiv qar yağması və mürəkkəb meteoroloji şəraitə görə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb: Mtsxeta-Stepantsminda-Larsi yolunun Qudauri (Posta)-Kobi hissəsində; Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda yolunun Koda-Alqeti kəndi və Aiazma-Ninotsminda hissələrində; Nakerala dağ keçidi; Saçxere-Raca yolunda; Partsxisi-Tetritsğaro yolunda; Marneuli-Tetritsğaro-Tsalka yolunda; Kutaisi-Tsğaltubo-Tsaqeri-Lentexi-Lasdili yolunun Opitara-Mele hissəsində; Kutaisi-Alpana-Mamisoni yolunun Korenişi-Şovi hissəsində və Zuqdidi-Cvari-Mestia-Lasdili yolunun Cvari-Uşquli hissəsində.
Qar uçqunu təhlükəsi, güclü qar yağması, pis görünüş məsafəsi və çovğuna görə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb: Niçbisi-Didqori-Didi Toneti yolunda; Batumi-Axaltsixe yolunun Qoderdzi-Utğisubani hissəsində; Korşa-Şatili hissəsində və Uşquli-Lasdili hissəsində.
Vaziani-Qombori-Telavi yolunun Verona-Telavi hissəsində və Batumi-Axaltsixe yolunun 50km-103km hissəsində yalnız yolsuzluq avtomobillərinin hərəkətinə icazə verilir.
Avtomobil yollarının qalan hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.