Güclü qar yağması Tsalencixada problemlər yaradıb. Tsalencixanı Cvari ilə birləşdirən yolda bir neçə avtomobil sürüşərək yoldan çıxıb, onlardan bəziləri zədələnib.
Tsalencixa merinin səlahiyyətlərini icra edən İvane Burduli bildirib ki, müvafiq texnika və canlı qüvvə fövqəladə rejimdə işləyir.
“Müvafiq texnika və canlı qüvvə fövqəladə rejimdə, tam gücü ilə işləyir. Yollar təmizlənir, texniki duz səpilir, lakin güclü qar yağdığından eyni anda hər yerə gedib çıxmaq mümkün deyil. Hazırda yollar heç bir istiqamətdə bağlanmayıb” – Burduli bildirib.