Güclü qar yağması səbəbindən Saçxərə Bələdiyyəsinin 12 kəndi bağlanıb, 20 dövlət məktəbində tədris prosesi dayandırılıb
Güclü qar yağması səbəbindən Saçxərə Bələdiyyəsinin 12 kəndi: Niqvzara, Korbouli, Speti, Şomaxeti, Moxva, Tsxoareti, Baxioti, Tsxam, Durevi, Çalovani, Liçi, Qodora bağlandı.
Saçxərə Bələdiyyəsinin meriyasından verilən məlumata görə, qar örtüyünün hündürlüyü 50-120 santimetrə çatır. Yolların təmizlənməsi üçün xüsusi texnika səfərbər olunub və artıq 24 saat işləyir.
“Hazırda 40 abonentə işıq verilmir. Təbii qazın və içməli suyun verilməsində fasilə yaranmayıb. Tədris prosesinə gəlincə, hazırda 20 dövlət məktəbində dərslər dayandırılıb – Arqveti, Paqomta Arqveti, Qorisa, İtavaza, Liçi, Merjevi, Moxva, Modzvi, Mahatauri, Niqvzara, Sarek, Sisvadzeebi, Koreti, Şomaxeti, Çalovani, Jalaurta, Tsxomareti, Sairxe, Savane, Çorvila. Mümkün fəsadların qarşısını almaq üçün bələdiyyə rəhbərliyi uşaq bağçalarında da tədris prosesini dayandırıb”. – məlumatda deyilir.