Güclü qar İmeretidə problemlər yaradıb, yolların təmizlənməsi işləri aktiv şəkildə aparılır
İmeretidə bol yağıntı nəticəsində yaranmış problemlərin həlli məqsədilə müvafiq işlər aktiv şəkildə aparılır. Zemo İmeretidə yollar qar örtüyündən təmizlənir.
Güclü qara görə yüksək dağlıq kəndlərdə vətəndaşların hərəkəti məhdudlaşmışdı.
Xüsusi texnika bütün gecə boyu həm munisipalitetdə, həm də kəndlər istiqamətində işləyirdi, güclü qara görə təmizləmə işləri səhər saatlarında yenidən bərpa edildi.
Güclü yağış nəticəsində: Kutaisi, Tsğaltubo, Vani, Bağdati, Tercola, Zestaponi və Samtrediada küçələri, həyətyanı torpaq sahələrini və həyətləri, əkin üçün yararlı torpaqları və 40-a yaxın yaşayış evinin birinci mərtəbələrini su basıb.
Güclü yağıntı nəticəsində Vani, Samtredia, Bağdati və Kutaisidə sürüşmə prosesləri inkişaf edib.
Bol yağıntı və əlverişsiz hava şəraiti İmeretidə elektrik enerjisinin verilməsində müəyyən problemlər yaradıb. Problemi vaxtında aradan qaldırmaq üçün xüsusi qruplar bütün gün boyu işləyirlər.
Bu mərhələdə bölgədə 70 680 abonentə elektrik enerjisi verilmir.