“Guardian” — Avropada təbii qazın qiyməti 35% artıb
“Guardian” — Avropada təbii qazın qiyməti 35% artıb

Avropada təbii qazın qiyməti 35% artıb. Bu barədə “Guardian” nəşri yazır.

Təbii qazın bahalaşmasına Fars körfəzi regionunda enerji infrastrukturuna edilən hücumlar səbəb olub.

“Guardian” qeyd edir ki, Yaxın Şərqdə mövcud vəziyyətin enerji təchizatına necə təsir edəcəyi ilə bağlı qeyri-müəyyənlik artır. Belə ki, bu gün səhər İranın ən böyük təbii qaz yatağına edilən hücumdan bir gün sonra Qətər və Küveytdə də hücumlar qeydə alınıb.

Müharibənin başladığı gündən bu günə qədər Avropada qazın qiyməti ümumilikdə 60% artıb.