"Guardian" - ABŞ, Çarli Kirkin qətlini “tərifləyən, haqq qazandıran və ya ona laqeyd yanaşan” əcnəbilərə qarşı tədbirlər görəcək
"Guardian" - ABŞ, Çarli Kirkin qətlini “tərifləyən, haqq qazandıran və ya ona laqeyd yanaşan” əcnəbilərə qarşı tədbirlər görəcək

 

ABŞ, Çarli Kirkin qətlini “tərifləyən, haqq qazandıran və ya ona laqeyd yanaşan” əcnəbilərə qarşı tədbirlər görəcək. Bu barədə “Guardian” yazır.

Nəşrin xəbər verdiyi kimi, ABŞ-nin dövlət katibinin müavini Kristofer Landau “zorakılığı və nifrəti tərifləyən əcnəbilər ölkəmizdə arzu olunan qonaq deyillər” yazılan bəyanat dərc edib.

Bununla yanaşı, sosial şəbəkədə dərc edilmiş bəyanatda Landau Kirkin qətlini “tərifləyən, haqq qazandıran və ya ona laqeyd yanaşan”lara qarşı konsulluqlara “müvafiq tədbirlər görməyi” tapşırdığını yazır. Landau X sosial şəbəkəsinin istifadəçilərini onun paylaşımının şərhlərində belə insanlar barədə məlumat verməyə çağırıb.

Bununla yanaşı, “Guardian”ın yazdığı kimi, ABŞ Dövlət Departamentinin nümayəndəsinin bəyanatına əsasən, Tramp administrasiyası Birləşmiş Ştatların ölkədə olması Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizlik maraqlarına uyğun gəlməyən şəxslərə viza verməli olduğuna inanmır.