GUAM-ın parlament assambleyası 18 dekabrda ərazi bütövlüyünün bərpası məsələsi üzrə komunikeni yayacaq, – bu barədə GUAM-ın parlament nümayəndə heyyətinin rəhbəri Giorgi Mosidze bəyan etdi. Onun dediyinə görə sabah sənədə rəsmi imza atılacaq.
Onun açıqlamasına görə, Gürcüstan, Azərbaycan, Moldova və Ukrayna parlament nümayəndə heyətləri arasında əlaqələr dərinləşəcək və hər dörd ölkənin real problemi olan, ərazi bütövlüyünü bərpa etmək üçün daha çox səylər göstərəcəklər.
“Gürcüstan, Azərbaycan, Moldova və Ukrayna GUAM-a üzv olmasında 20 il keçdi. Bu il Gürcüstanın sədrlik ilidir və buna görə də 10-cu parlament sesiyasına Gürcüstan ev sahibliyi edir.
Sabah rəsmi sessiyada hər dörd nümayəndə hüyyətinin rəhbəri komunikeyə rəsmi olaraq imza atacaq”, – Giorgi Mosidze bəyan etdi.