Gömrükçülər Kutaisi Hava Limanında bəyan edilməmiş qızıl sikkələr aşkar ediblər

15:04, 30.09.2024

 
Kutaisi Hava Limanında bəyan edilməmiş qızıl sikkələr aşkar ediblər.

Bu haqda məlumatı Maliyyə Nazirliyinin Gəlirlər Xidməti yayır.

“Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Kutaisi Hava Limanı” gömrük-keçid məntəqəsində gömrük zabitləri şübhə əsasında, xarici ölkə vətəndaşının fiziki, eləcə də baqajlarında ətraflı yoxlanış nəticəsində külli miqdarda bəyan edilməmiş qızıl sikkələr (ümumi çəkisi: 187,24 qram) aşkar ediblər. Qanunu pozan vətəndaşın işinin materialları əlavə cavab verilməsi üçün Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib” – Gəlirlər Xidmətinin məlumatında deyilir.

Oxşar