Gömrük sərhədində qanunsuz olaraq mal keçirilməsi faktı üzrə iki nəfəri ifşa ediblər
Gömrük sərhədində qanunsuz olaraq mal keçirilməsi faktı üzrə iki nəfəri ifşa ediblər

 
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları ilə koordinasiya ilə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Gürcüstanın gömrük sərhədində xüsusilə külli miqdarda malın gömrük qaydalarını pozmaqla keçirilməsinin iki faktını aşkarlayıblar, fakt üzrə iki nəfər barəsində cinayət təqibi başladılıb, onlardan biri saxlanılıb.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər tərəfindən gömrük-keçid məntəqələri – “Sadaxlo Avtomobil” və “Sarpi”dən keçməklə gömrük nəzarətindən gizli şəkildə Gürcüstanın gömrük sərhədində gömrük dəyəri 119 138 lari olan qızıl-zinət əşyaları, ümumilikdə 880,57 qram qızıl-zinət əşyaları keçirilib” – Maliyyə Nazirliyinin İstintaq Xidməti tərəfindən yayılmış məlumatda deyilir.

İstintaq Gürcüstanın Cinayət Məcəlləsinin 214-cü maddəsinin ikinci hissəsi ilə aparılır, bu da cəza növü olaraq 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.