Gomis Mtasında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanları səhiyyə naziri ziyarət edib

11:44, 13.08.2026

Gomis Mtasında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yaralananları səhiyyə naziri Mixeil Sarcveladze gecə saatlarında klinikalarda ziyarət edib.
Qəza nəticəsində xəsarət alanlar təcili tibbi yardım qrupları tərəfindən Batumi və Çxorotsku şəhərlərinə aparılıb. Hazırda Batumi Respublika Xəstəxanasında 11 pasiyent müalicə olunur.
Gomis Mtasında baş verən qəza nəticəsində 4 nəfər həlak olub, 20-yə yaxın insan yaralanıb. Hadisə dünən baş verib. Daxili İşlər Nazirliyinin Birinci Kanala verdiyi məlumata görə, sərnişin mikroavtobusu Gomis Mtadan Ozurqeti istiqamətində hərəkət edərkən yoldan çıxaraq aşıb. Nazirliyin məlumatına görə, ölənlər xarici ölkə vətəndaşlarıdır.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq başlanıb. Maddə nəqliyyat vasitəsinin hərəkəti və ya istismarı qaydalarının pozulması nəticəsində iki və ya daha çox şəxsin ölümünə səbəb olmanı nəzərdə tutur.

Oxşar