“Globalmed”in direktoru bildirir ki, Vağzal meydanının yaxınlığında baş vermiş dağıntı nəticəsində xəsarət alan pasiyent neyrocərrahların nəzarəti altındadır
“Globalmed” Universitet Klinikası”nın direktoru Sofio Babutsidze bildirib ki, Vağzal meydanının yaxınlığında baş vermiş dağıntı nəticəsində yaralanan şəxsin vəziyyəti stabil olsa da, diqqət tələb edir.
Onun sözlərinə görə, pasiyent reanimasiya şöbəsinə yerləşdirilib, ona intensiv müalicə və nəzarət davam etdirilir, hazırda neyrocərrahların nəzarəti altındadır.
“Xoşbəxtlikdən, hazırda onun zədələri cərrahi müdaxiləni tələb etmir. O, kontaktlı və adekvatdır. Pasiyentdə kəllə əsasının və təpə sümüyünün sınığı müşahidə olunur. Dünənki hadisələri çox ağır şəkildə xatırlayır, kontaktlıdır, adekvatdır, nevroloji vəziyyəti tam qorunub saxlanılıb, ona intensiv müalicə və qayğı göstərilməyə davam edilir”, – deyə Sofio Babutsidze qeyd edib.
Xatırladaq ki, dünən Vağzal meydanının yaxınlığında yerləşən yaşayış binasının bir hissəsi uçub. Son məlumata görə, dağıntı nəticəsində iki nəfər həyatını itirib, bir nəfər isə yaralanaraq klinikaya yerləşdirilib.