Qızıl, ətir və fındıq - Azad ticarət razılaşmasının qüvvəyə minməsindən sonra, Gürcüstan İsveçrəyə hansı məhsulları göndərə bilər
Gürcüstanla azad ticarət razılaşması olan ölkələr arasında mayın 1-dən İsveçrə və Lixtenştein də var.
Birinci Kanal Gürcüstanın Statistika Departamentindən müvafiq ticari göstəriciləri istədi.
Gürcüstandan İsveçrəyə əsasən işlənməmiş və yaxud yarı işlənmiş qızıl gedəcək.
2018-ci ilin yanvar-mart aylarında bu məhsulun ixracı 17.9 milyon dollar təşkil etdi və bu əvvəlki il ilə müqayisədə 18.5 faiz ilə daha artıqdır.
İsveçrəyə bu il həmçinin, 439 min dollar dəyərində ətir; 309 min dollarlıq fındıq, 268 min dollar dəyərində saatlar; 156 min dollar dəyərində kosmetik vasitələr getdi.
İsveçrədən Gürcüstana isə, əsasən, tibb məhsulları daxil olur.
Yanvar-mart aylarında paketləşdirilmiş tibb medikamentlərinin idxalı 8,4 milyon dollar təşkil etdi.
Yanvar-mart aylarında Gürcüstana Lixtenşteindən 138 min dollar dəyərində, məhsul gətirildi.
İsveçrə və Lixtenştein də Avropanın Azad Ticarət Asosiasiyası (EFTA) daxildir. Bu ölkələrlə razılaşmayı Gürcüstan 2016-cı ilin iyunun 27-də qoydu.
İslandiya və Norveç ilə azad ticarət müqaviləsi 2017-ci ilin sentyabrın 1-də qüvvəyə mindi.
Norveçə ixrac bu il 334 min dollar, İdxal isə, 1,5 milyon dollar təşkil etdi;
İslandiyaya buradan 70 min dollar dəyərində məhsul getdi, idxal isə, 1,28 milyon dollar təşkil etdi.